“Qarabağ”ın azarkeşlərinə Zəhra ilə bağlı pankartı açmağa icazə vermədilər
05.03.2020 11:51“Qarabağ” futbol klubu azarkeşlərinin erməni quldurları tərəfindən qətlə yetirilən iki yaşlı Zəhranı yad etmək üçün hazırladığı pankart “Qarabağ” – “Samtredia” matçı keçirilən stadiona buraxılmayıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Zəhranı “İmarət” azarkeş qrupu yad etməyə çalışıb.
Qeyd edək ki, iyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Nərmin Kərim, A24.Az

