“Qarabağ”ın ilk məşqçisi kim olub? – Torpaq uğrunda döyüşlərdə həlak olan Milli Qəhrəman
05.03.2020 11:51
“Futbol bir oyun olsa da, qəlblərə böyük təsirə malikdir. Qarabağ FK əslində bir qəhrəmanlıq klubudur. Klubun ilk məşqçisi – Allahverdi Bağırov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid oldu, Milli Qəhrəman adına layiq görülüb”
A24.Az xəbər verir ki, bu məlumatı Milli Məclisin deputatı Tahir Mirkişili “Qarabağ” futbol klubunun Çempionlar Liqasına vəsiqə qazanması barədə tarixi yazan klub haqda fikirlərini bildirərkən deyib.
Deputat qeyd edib ki, bu gün 2 Qarabağ var: “Biri erməni işğalında olan, xarabalıqlara çevrilən, inildəyən və təcavüzə uğrayan bir diyar. Digəri könüllərdə yaşayan gözəl, səfalı, bərəkətli, mədəniyyət və qəhrəmanlıq ocağı olan bir diyar. Bunun hər ikisi bizimdir. Bir medalın 2 üzü kimi. Bir üzündə bizim müvəqqəti məğlubiyyət acımız var, digər üzündə artan qələbə sevincimiz. Amma medalın qələbə sevincli üzü getdikcə artır, genişlənir və şubhə yoxdur ki, digər üzünü də dəyişməyə başlayır… Əslində biz Qarabağı məhz belə görürük: inkişaf etmiş, firavan, xoşbəxt və möhtəşəm”.
“Futbol bir oyun olsa da, qəlblərə böyük təsirə malikdir. Qarabağ FK əslində bir qəhrəmanlıq klubudur. Klubun ilk məşqçisi – Allahverdi Bağırov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid oldu, Milli Qəhrəman adına layiq görülmüşdür. Qarabağ FK həm cəbhə meydanında, həm də futbol meydanında öz sözünü deyib”.
“Dünən hər birimizə o həyəcanlı anların sonunda qələbə sevinci yaşatdığı üçün Qarabağ FK oyunçularına və baş məşqçisinə minnətdarlıq edir və hər kəsi təbrik edirəm!”, – deyə millət vəkili əlavə edib.
Orxan Aslanlı //A24.Az
Об этом сообщает Руспрес

