“Qarabağ”ın rəqibi səfərdə qalib gəldi
05.03.2020 11:51“Atletiko” komandası İspaniya La Liqasında XI turun oyununu keçirib.
Об этом сообщает Руспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, Madrid təmsilçisi səfərdə “Deportivo” ilə üz-üzə gəlib.
Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 90+1-ci dəqiqədə Tomas Partey vurub.
Bununla da “Atletiko” xallarını 23-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. “Deportivo” isə 11 xalla 16-cı pillədə qalıb.
Qeyd edək ki, “Atletiko” daha əvvəl Madriddə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında 1:1 hesablı heç-heçə edib. Həmin vaxt da Madrid komandasının qoluna Tomas Partey imza atıb.

