“Qarabağ”ın xoreoqrafiyası Türkiyə mediasında gündəm oldu: “Eziksiniz diyenlere efsane kapak”
05.03.2020 11:51“Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” bu xoreoqrafiya ilə ona “əzik” deyənlərə möhtəşəm cavab verdi”
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, “Qarabağ” – “Çelsi” matçında azarkeşlərin nümayiş etdirdiyi xoreoqrafiya Türkiyə mətbuatında müzakirə mövzusu olub.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılmış və 20 min azarkeşi əhatə edən möhtəşəm xoreoqrafiya qardaş ölkənin mətbuatında xüsusi işıqlandırılıb.
Türkiyə mediası bunu “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezelə cavab kimi qiymətləndirib.
Xatırladaq ki, M.Tezel oktyabrın 10-da keçirilən “Qarabağ” – “Atletiko”oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etmişdi. Belə ki, o, “Ezik kareoqrafi” adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırmışdı.
Həmçinin Türkiyə mətbuatı “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin Bakıya gələrək oyunu “Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəllə birlikdə izləməsini də “Qarabağ”a dəstəyin nümunəsi kimi yüksək qiymətləndirib.

