Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qarabağla bağlı verilən sual erməni naziri hirsləndirdi: “Bu sual Bakıdan yazılmış olmalı!”

05.03.2020 11:51

Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyan rus müxbirin “İşğal etdiyiniz bölgədən nə zaman çəkiləcəksiniz?” sualına əsəbləşib.

Об этом сообщает Руспрес

Saytımızın əldə etdiyi məlumata görə, Edvard Nalbandyan italiyalı həmkarı Angelino Alfano ilə Romada görüşdükdən sonra keçirilən ortaq mətbuat konfransında çıxış edib.

Rusiyada mətbuat orqanında işləyən bir müxbirin “Azərbaycanda işğal etdiyiniz bölgədən nə zaman geri çəkiləcəksiniz?” sualından sonra üzünün ifadəsi dəyişən Nalbandyan “Bu sualı yazan üçün təəssüf edirəm; sual ya redaksiyanızdan, ya da Bakıdan yazılmış olmalı” deyə reaksiya verib.

Nalbandyan Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün ATƏT çərçivəsində yaradılan Minsk qrupunun 3 həmsədr ölkəsinin (Fransa, Rusiya və ABŞ) tövsiyyələrini heçə sayıb rədd etdiyini iddia edərək “Bizim mövqeyimiz isə bu 3 həmsədr ölkənin tövsiyyələri ilə eyni istiqamətdədir. Həmsədrlərin mövqeyi beynəlxalq hüquq, gücdən istifadə edilməməsi prinsipləri, xalqların öz müqəddəratını təyin etməsi və ərazi bötüvlüyü kimi prinsiplər təməlindədir. Ancaq Azərbaycan bunları rədd edir” deyə çıxışında bildirib.

Firuzə Alimova