Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qardaşı üçün həbsxanaya soğanın içində heroin keçirən qadın tutuldu – VİDEO

05.03.2020 11:52

Bacısı həbsxanada olan qardaşına soğanın içində narkotik maddə keçirmək istəyərkən saxlanılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, 57 yaşlı Ağdam sakini Zəminə Piriyeva  Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qardaşı Zeynal Piriyevi ziyarət etmək üçün gəlib. Nəzarətçilər qadının qardaşına gətirdiyi sovqata baxışı zamanı soğanın içindən heroin aşkar ediblər.

Həbsxana əməkdaşları dərhal qadını gətirdiyi sovqatla birlikdə ərazi üzrə Binəqədi rayon Polis idarəsinə təhvil veriblər. Qadın bildirib ki, 8 il azadlıqdan məhrum olan qardaşını 3 aydan bir ziyarət edir. Zəminə Piriyevanın sözlərinə görə, soğanın içində narkotik maddənin olmasından xəbərsiz olub. O bildirib ki, qardaşı bir neçə gün əvvəl zəng vuraraq ona dostunun ərzaq verəcəyini və onu həbsxanaya gətirməsini istəyib.

Ancaq Zəminə Piriyevanın sovqatı ona verdiyini bildirdiyi adamın adını soyadını və telefon nömrəsini bilmədiyini deməsi əməliyatçıları şübhələndirir. Buna görə də onun rayon polis idarəsində cinayət işi başlanıb, istintaq gedir.

Onun məhbus qardaşı Zeynal Piriyev isə bir neçə il əvvəl qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə 8 il azadlıqdan məhrum edilib.

Xəzər Xəbər