Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qardaşına görə bacını kənddə çılpaq gəzdirib, rüsvay etdilər-FOTO

05.03.2020 11:52

Pakistanda yeniyetmə qızı kənd küçələrindən çılpaq keçmə vadar etmiş 8 kişi həbs olunub. Onlar qardaşın əməlinə görə bacıdan “qisas” alıblar.

Об этом сообщает Футляр от виолончели

Milli.Az The Independent-ə istinadən bildirir ki, olay Pakistanın şimal-qərbindəki Xeybər-Pahtunxva vilayətində Dera İsmayıl Xan bölgəsində yaşanıb. Kəndin cənubundakı bulağa su dalınca getmiş 16 yaşlı qızı tutan kişilər onu soyundurublar və tam bir saat ərzində kənd küçləri ilə çılpaq yeriməyə məcbur ediblər.

Polisdən verilən məlumata görə, 8 kişi bu minvalla qızı üç il əvvəl onların qohumu olan qızla görüşən qardaşına görə “cəza”landırıb.

Kənd şurasının qərarına görə, 16 yaşlı qızın qardaşı görüşdüyü və evlənmək istədiyi qızın ailəsinə 250 min Pakistan rupisi məbləğində təzminat ödəmişdi. Lakin 8 kişi bunu yetərsiz sayıb.