Qarnından 915 qəpik çıxartdılar
05.03.2020 11:52Tailandlı həkimlər dəniz tısbağasının mədəsindən 915 ədəd qəpik çıxarıblar.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, paytaxt Banqkokda əməliyyat edilən “Bank” adlı dişi yaşıl dəniz tısbağası bölgə xalqının uzun zamandır içinə xırda pul atdığı hovuzda yaşayır.
Ümumi çəkisi 5 kiloqram olan xırda pulların tısbağanın mədəsində top kimi yığıldığı və qarın qabığını yırtaraq tısbağanın həyatını təhlükəyə atan infeksiyaya səbəb olduğu deyilir.
Tısbağa üzərində 5 cərrah 4 saat əməliyyat aparıblar. Nəticədə pulları çıxarıblar.
Bir çox tailandlının tısbağaların olduğu hovuza xırda pul atması yerli inanclara görə, ömrü uzadır.

