Qarsda Kərbəla şəhidləri yad edildi
05.03.2020 11:52Türkiyənin Qars şəhərində Kərbəla şəhidləri keçirilən xüsusi dini mərasimlə anılıb.
Об этом сообщает Роспрес
Məhərrəmliyin daxil olması münasibətilə dünyanın hər yerində İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün matəm məclisləri keçirilir. A24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Qars şəhərində Kərbəla şəhidləri keçirilən xüsusi dini mərasimlə anılıb. Həzrəti Məhəmməd peyğəmbərin nəvəsi Həzrəti Hüseynin və tərəfdaşlarının Kərbəlada şəhid edilməsinin 1378-ci il dönümü yad edilib.
Qeyd edək ki, Kərbəla hadisəsi – 10 oktyabr 680-ci ildə bu günkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüşdür. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin, Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.
Elvin Paşazadə

