Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qatar “Bakmil” stansiyasından depoya gedir” – “Bakmil”ə getməyənlər üçün…

05.03.2020 11:52

Baki metropoliteninin belə bir stansiyası olsa da, çoxları onun yalnız adını bilir – BAKMİL.
“Bakmil”ə kimlər gedir, bu stansiyanın görüntüsü necədir, ətrafında hansı binalar var? Yəqin ki, bu suallar əksər metro istifadəçiləri üçün maraqlıdır. Adətən bu istiqamətdə gedən qatarlarda bu mənzərə ilə rastlaşırıq: İradə Ələkbərqızı (stansiyaları elan edən səsin sahibi S.A.) “Nəriman Nərimanov” stansiyasını elan edir, daha sonra qatar daxilindəki işıqların 70 faizi söndürülür, maşinist köməkçisinin xışıltılı səsini eşidirik: “Xışşş, xışşş… Qatar “Bakmil” stansiyasından depoya gedir”.

Об этом сообщает Роспрес

“Bakmil” stansiyasına kiçik ekskursiya…

A24.Az xəbər verir ki, Bakmil Bakı Metropolitenin yeganə yerüstü stansiyasıdır. Qatarlar burada yerin səthinə çıxır, daha sonra bu stansiyadan depoya yollanır. Depo obrazlı dillə desək, qatarların “istirahət məkanı”dır. Burada qatarlar texniki baxışdan keçir, təmizlənir, yenidən istismara yararlı hala gətirilir.

“Bakmil”ə gedən xətt metropolitenin “Nəriman Nərimanov” stansiyasından ayrılır. Bu stansiya 1972-ci ilin 31 dekabrında istifadəyə verilib.

Nə qədər qəribə görünsə də “Bakmil”ə “Nəriman Nərimanov”dan sonra məsafə etibarilə ən yaxın stansiya “Dərnəgül”dür. Halbuki “Bakmil” və “Dərnəgül” stansiyalarını birbaşa birləşdirən xətt mövcud deyil.

Hazırda “Bakmil” stansiyasına gedən sərnişinlər daha çox “Azərişıq” ASC-nin və burada yerləşən xüsusi xidmət orqanlarının tədris müəssisəsinin tələbə və işçiləridir. Bununla yanaşı stansiyadan yaxınlıqda yerləşən azsaylı yaşayış mənzillərinin sakinləri də yararlanır.

Qatarlar “Bakmil”ə təxminən 30 dəqiqədən bir yola düşür.  Ona görə də burada sərnişinlər az-az gözə dəyir. Qatarlar “Nəriman Nərimanov” stansiyasından “Bakmil”ə təxminən 3-4 dəqiqəyə çatır.(Müxtəlif metro stansiyalarından “Bakmil”ə gedən qatarların hərəkət qrafiki ilə buradan tanış ola bilərsiz)

Sərdar Amin