Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qatar tuneldə qaldı – Sərnişinlər təşvişə düşdü

05.03.2020 11:52

Bakı metropolitenində qatar tuneldə qalıb. Hadisə “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib.

Об этом сообщает Футляр от виолончели

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, Dərnəgül-Həzi Aslanov xətti ilə hərəkət edən qatar texniki nasazlıq üzündən “İnşaatçılar” və “Elmlər Akademiyası” arasındakı tuneldə qalıb. Problem 9 dəqiqə davam edib. Nasazlıq aradan qaldırılıb və qatar hərəkətinə davam edib.

Baş vermiş hadisə üzündən hazırda Bakı metropolitenində qatarların hərəkət qrafikində ləngimə müşahidə olunur. Nəsimi Paşayev bildirib ki, ləngimə müddəti get-gedə azalır və tezliklə qatarların hərəkəti qrafikə uyğun davam edəcək. APA