Qaxda əhalini təşvişə salacaq zəlzələ baş verib
05.03.2020 11:52AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Şimal-Qərb bölgəsində baş verən yeraltı təkanlarla bağlı rəsmi məlumat yayıb.
Об этом сообщает Роспрес
Saytımız RSXM-nin saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 00:30-da Zaqataladan 29 km. cənub-şərqdə Qax ərazisində zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələ yerin 15 km. dərinliyində 3 bal gücündə baş verib və yeraltı təkanların gücü təqribən 4 bala qədər hiss olunub. Yerli sakinlər təşvişə düşərək evlərindən küçələrə çıxıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.

