“Qayınata əcəb eləyib o gəlinin başından vurur” – Elnarə Abdullayeva özündən çıxdı – VİDEO
05.03.2020 11:52Xanəndə Elnarə Abdullayeva efirdə özündən çıxdı.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, “Səhər – Səhər” verilişinin qonağı Elnarə Abdullayeva olub. Verilişdə toylarda bəylə gəlinin bir-birinə etdiyi uğurlu və uğursuz zarafatlardan danışılıb. Mövzu ilə bağlı fikirlərini bölüşən xanəndə belə şeylərə yaxşı baxmadığını və bunların düzgün olmadığını deyib:
“Əvvəla qadının qadın xüsusiyyəti var. O nədir? Bu tortu bir-birinin ağzına aparmaq biabırçılıqdır. Hələ aldadaraq bunu etmək, ümumiyyətlə biabırçılıqdır. Bu, qadına yaraşan hərəkət deyil axı! Videoda qayınata gəlib gəlinin başından vurdu, əcəb də elədi. O gəlin uşaq deyil. Uşaqdırsa, uşaq qələti eləsin!”
Minirə Qubatova // A24.Az

