Qaynata-qaynana ilə ilk görüşdə nəyi etməli və nəyi etməməli? – İngilis məsləhəti
05.03.2020 11:52“The Telegraph” qəzeti olduqca aktual məsələyə toxunub. Qaynata və qaynana ilə ilk görüşdə nəyi etməli və nəyi etməməli.
Об этом сообщает Футляр от виолончели
A24.Az BBC-yə istinadla xəbər verir ki, yazıçı Fiona Gibsonun məqaləsi əsasən gələcək qaynata və qaynanaları ilə görüşə gedən qadınlara ünvanlanıb.
“Onları dərhal öpməyə çalışmayın. Özləri buna maraq və hərəkət göstərsələr, o başqa məsələ”.
“Ziddiyyətli söhbətlərdən qaçın”. Müəllifin fikrincə “Brexit, mühacirlər, din, səhiyyə sisteminin vəziyyəti, özəl və dövlət təhsili, Donald Trump” belə xatalı mövzulardandır.
Ən xatasız mövzuları seçin: “Nə gözəl pəncərə çərçivələriniz var”, “Nə gözəl tortdur” və sair.
“Hədiyyəsiz getməyin. Çiçək və bir şüşə abırlı şərab kifayətdir. Kitab bağışlamaq riskli məsələdir…”
“Oturmazdan əvvəl oturduğunuz yeri yoxlayın. Sizin döşəkçə bildiyiniz evin iti ola bilər”.
“Borc istəməyin. Nə pul, nə də kitab şkafındakı qədim kitablardan birini… Belə çıxa bilər ki, siz artıq onların evində kəşfiyyat işinə başlamısınız”.
“Gecə sizə verilən yataq ləvazimatına ağız büzməyin. Ayrı-ayrı qoyulmuş təkadamlıq çarpayıları gecənin ortasında sürüyüb birləşdirməyin. Ola bilsin ki, qonşu otaqda lap ikiadamlıq çarpayı da var…Amma bunun sizə dəxli yoxdur…”
“Ev sahiblərindən müharibə vaxtı evakuasiya olunub-olunmadıqlarını soruşmayın. Güman ki, onlar uzaqbaşı 1952-ci ildə doğulublar”.
“Qabağınıza qoyulanı yeyin. Sizi köpdürən yeməklərin siyahısını oxumayın. Ümumiyyətlə həzm sistemi ilə bağlı söhbətlərə toxunmayın”.
“Söhbət zamanı öz valideylərinizdən də danışa bilərsiniz. Amma lovğalıq edib, “bizimkilər ziyalıdır” kimi replikalar verməyin”.
“Onların yanında siqaret çəkməyi heç ağlınıza da gətirməyin”.
“Cümlənizə “siz heç düşünmüsünüzmü ki…” kimi ibarələrlə başlamayın. Xüsusən də söhbət onların divanının üzünü pəncərəyə çevrimək təklifindən gedirsə…”
“Türmədəki qohumunuzu burada yada salmasınız da olar”.

