Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qaz sızması evdə partlayışa səbəb olub – VİDEO

05.03.2020 11:52

Şəmkirdə yaşayış evində partlayış olub.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nəriman qızı yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən bayıra atıb.
Partlayış zamanı digər otağın döşəməsi qalxıb və qadının orada yatan 1997-ci il təvəllüdlü oğlu İskəndərli Mehrab Elçin oğlu da xəsarət alıb. Ana və oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, partlayışa evin yaxınlığından keçən yeraltı qaz xəttində baş verən qaz sızması səbəb olub.
Qaz xəttində nasazlıq olması barədə əvvəlcədən xəbərdarlıq olunub, əraziyə xəbərdarlıq nişanı qoyulub.