Qazaxda 2 nəfər dəm qazından zəhərlənib
05.03.2020 11:52Qazaxda dəm qazından zəhərlənmə olub.
Об этом сообщает Футляр от виолончели
A24.az APA-ya istinadən xəbər verir ki, Qazax şəhər sakini 2005-ci il təvəllüdlü Həsənova Nurlana Ruslan qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti normal olduğundan evə buraxılıb.
Rayonun Qaymaqlı kənd sakini 1966-cı il təvəllüdlü Məmmədova Söylü Alişan qızı da dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

