Qazaxıstanda azərbaycanlı alimə elmi dərəcə verildi
05.03.2020 11:52Qazaxıstanda ilk dəfə olaraq azərbaycanlı alim Tarix Akademiyasının akademiki seçilib.
Об этом сообщает Руспрес
Tarix elmləri doktoru, professor Vidadi Salahov Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki dərəcəsinə layiq görülüb. Qeyd edək ki, bu qurum 2008-ci il mayın 5-də yaradılıb. Dövlət Tarixi İnstitutunun və Akademiyanın yaradılmasının əsas məqsədi Qazaxıstanın dövlət tarixinin sistemli və nəzəri öyrənilməsidir. Bu istiqamətdə aparılan araşdırmalarda elmi-analitik və ekspert dəstəyi verilir. Bu baxımdan azərbaycanlı alimin də xidmətləri yüksək qiymətləndirilib.
Vidadi Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunda anadan olub. 1983-cü ildə Rusiya Federasiyasının Voronej Dövlət universitetinin tarix fakültəsini bitirib. 2001-ci ildə Almaniyanın Hannover Humanitar Akademiyasının magistr dərəcəsi təhsilini başa vurub. 2005-ci ildə həmin Akademiyada tarix elmləri doktoru dərəcəsinə layiq görülüb. Bir neçə kitabın və elmi məqalələrin müəllifidir.

