“Qəbələ” və “Qarabağ” Azərbaycan kubokunun finalında
05.03.2020 11:53Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Об этом сообщает Руспрес
A24.Az Apasport.az-a istinadən xəbər verir ki, mərhələnin cavab matçları çərçivəsində keçirilən iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutub.
İlk finalçı Qəbələdə müəyyənləşib. Eyniadlı komanda öz meydanında “İnter”i məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb. Zaur Svanadzenin komandası isə möcüzəni reallaşdıra bilməyib.
Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşib. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.
Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.
Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
“Qarabağ” – “Neftçi” – 0:0
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0
“Qəbələ” – “İnter” – 2:0
Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1

