Qəbələdə məktəbə ilanlar daraşıb – VİDEO
05.03.2020 11:53Qəbələnin Mamaylı kəndində məktəbə ilanlar daraşıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az bildirir ki, müəllim heyəti bunun uşaqlar üçün təhlükə olmasından narahatdır. Dərs vaxtı ilanlar sinifə dolur.
Şagirdlər ilanları tutub əllərində sallayırlar.
Araşdırmalar nəticəsində məlum olub ki, məktəb yaxınlığındakı 1990-cı illərdən qalmış yarımçıq tikili ilanların məskəninə çevrilib.
Şagirdlər bildirir ki, tavanları bitişik olan binalardan hər gün ilanlar siniflərə daxil olur, məktəb divarlarından sallanırlar.
Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin ərazilər dərmanlansa da təsiri olmayıb. Hələlik ilansancma faktı qeydə alınmayıb.
Xəzər Xəbər

