“Qəbələ”nin təklifi çox cəlbedici oldu” – Deyv Bultuis
05.03.2020 11:53“Nürnberq” artıq 4-cü ildir ki, II Bundesliqada çıxış edir. Mən gələcək karyeramı düşünürəm. Bu səbəbdən klubla yollarımı ayırdım”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Deyv Bultuis deyib.
Hollandiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Qəbələ”ni seçməsinin səbəblərindən də danışıb: “Həyatımda yeni macəra yaşamaq istəyirəm. “Qəbələ” Avropa Liqasında çıxış edəcək. Bu turnirdə uzun müddətdir oynamıram. Üstəlik, “Qəbələ”nin maliyyə şərtləri çox cəlbedici idi. İndi karyeramın elə vaxtındayam ki, maliyyə haqda düşünməliyəm. Məhz bu səbəbdən Hollandiya klublarının təkliflərini rədd edib, “Qəbələ”yə keçdim”. (Qol.az)

