Qəlyan daha bir ölkədə qadağan olundu
05.03.2020 11:53Ruanda sağlamlığa mənfi təsirini əsas göstərərək qəlyan çəkməyi qadağan edib.
Об этом сообщает Роспрес
A24.az “The New Times”a istinadən xəbər verir ki, səhiyyə naziri Diana Gaşumba 15 dekabrdan etibarilə ölkədə qəlyan istifadəsi, reklam və idxalının qadağan olunduğunu açıqlayıb.
Nazirin yazılı açıqlamasında, Dünya Səhiyyə Təşkilatının qəlyanın sağlamlığa vurduğu ziyanı nəzərə aldıqlarını bildirərək, “Qəlyan çəkmək ziyan vurur, asılılıq yaradır və insan həyatı üçün təhlükəlidir”, deyə vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl qəlyan ötən il Tanzaniyada qadağan olunmuşdu.

