Qənirə Paşayevanın bu çıxışı türk mediasında gündəm olub- Video
05.03.2020 11:53Millət vəkili Qənirə Paşayevanın Avropa Avropa Şurası Parlament Assambleyasındakı çıxışı Türkiyə mediasında gündəm olub.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, “Azəri millət vəkilindən Avropaya sərt tənqid” başlıqlı yazıda Qənirə Paşayevanın Türkiyəni müdafiə etməsindən bəhs edilib.
“Türkiyə terrorla mübarizə apararkən, Avropa nə edir? Türkiyəyə ikili standart tətbiq edirsiniz. Türkiyə terrorla canı bahasına mübarizə aparır. Türkiyə bu yolda nə qədər şəhid verir. Təəssüf ki, bəzi Avropa ölkələri Türkiyəyə yetərli dəstək vermir. Əksinə Türkiyənin mübarizə apardığı terror qruplaşmalarının tərəfdarlarının işini hər yolla asanlaşdırırlar. Bu üzücüdür. Üzücü olduğu qədər də qəbuledilməzdir”- deyə Qənirə Paşayeva öz çıxışında bildirib.
Qeyd edək ki, millət vəkilinin bu çıxışı Türkiyədə çox bəyənilib.
Nərmin Kərim

