Qərara alındı: Rusiya ermənilərə elə silahlar verir ki… Sərhəddə raketdən divar “hörəcəklər”
05.03.2020 11:53Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə silah, o cümlədən helikopter və müdafiə sənayesi məhsullarının yeni sistemlərinin tədarükünü planlaşdırır.
Об этом сообщает Роспрес
A24.Az-ın Sputnik agentliyinə istinadən məlumatına görə, bunu hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin direktoru Dmitri Şuqayev deyib. “Rusiya 2017-ci ildə (Ermənistan, Qazaxıstan və Belarus ilə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişə əsasən) yuxarıda göstərilənlərə uyğun olaraq müdafiə sənayesi məhsullarının tədarükünü davam etdirəcək. Buna ilk növbədə aviasiya texnikası, o cümlədən helikopertlər, hava hücumundan müdafiə sistemləri və BTR daxildir” – deyə D.Şuqayev bildirib. Bundan əlavə, KTMT-nin baş katibinin müavini Valeri Semerikovanın sözlərinə görə, yaxın illər ərzində KTMT çevik qüvvələrə pulsuz silah verilməsinin nəzərdə tutab planı həyata keçirə bilər: “Nəzərdə tutulan plana əsasən hərbi texnika və müdafiə sənayesi məhsullarının növləri, konkret olaraq hansı dövlətlərə çatdırılma müddətləri hazırlanmışdı. Bütün ölkələrə uyğunlaşdırılmışdı. Gözlənilirdi ki, 2015-2016-ci illərdə həmin məhsullar plan uyğun olaraq ölkələrə göndərilsin. Ancaq baş verən böhran və tətbiq edilən sankiyalara görə bu planın həyata keçirilməsi dayandırıldı. 2018-2019-ci illərdə planın tam bərpa edilərək həyata keçirilməsi mümkündür”, – deyə Semerikov əlavə edib.

