Qətər – böyük ölkələrin növbəti “yem”i – ŞƏRH
05.03.2020 11:53Yaxın Şərq əslində tarixi müəyyən qədər əvvələ gedib çıxan, lakin siyasi nöqteyi-nəzərdən ilk dəfə açıq şəkildə ortaya çıxan bir “Ərəb qarşıdurması”na meydan olmaqdadır. Yeddi ərəb ölkəsi, bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan Qətəri hədəf almaqdadırlar. Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir: Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb bu kiçik, lakin strateji əhəmiyyətə malik olan bu ərəb ölkəsi rəsmilərinin “Hizbullah” və “Hamas”a yönəlik açıqlamalarda onları terror deyil, “dirəniş” təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır. “İxvan-ül Müslimin” hərəkatına kifayət qədər ciddi siyasi və ideoloji dəstək saxlayan bu sünni ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi, təbii ki, ciddi səbəblərlə əlaqədardır.
Об этом сообщает Руспрес
Birinci səbəb: Ərəb rəqabəti
Sünni-mühafizəkar hərəkatın önəmli ismi olan ixvançıların əleyhinə düzənlənən hərbi çevrilişə sünni-mühafizəkar hərəkatın digər önəmli halqası olan sələfilər tam dəstək verdilər. BELƏLİKLƏ, YAXIN ŞƏRQ ÜÇÜN ÇEVRİLİŞ QAPISI, QƏRB ÖLKƏLƏRİNİN SƏSSİZ DƏSTƏYİ VƏ KÜÇƏLƏRİN ƏLİ İLƏ YENİDƏN AÇILDI. Düz 3 il sonra – 2016-cı ilin iyulunda eyni ssenari Türkiyədə gerçəkləşdirmək istənəcək, lakin Türk millətinin iradəsi buna fürsət verməyəcəkdi.
İhvan ərəb dünyasında ən yayğın və güclü islami hərəkat hesab edilə bilər. “İHVAN” – “ƏRƏB BAHARI”NIN DOMİNO EFFEKTİ İDİ…
Qatar isə “İhvana” tam mənası ilə dəstək verən ən başlıca dövlətdir. Bu ilk növbədə “İhvan”ı Səudiyyə Ərəbistanından gələn radikal Vəhhabiliyə (xəvaric və sələfiliyə) alternativ ciddi islami axın olaraq görmələrindən və eləcə də Birləşmiş Ərəb Əmirliklərinin təzyiqinə qarşı istifadə etmək üçün yararlı olan güclü siyasi alət kimi görmələrindən irəli gəlir. Vurğulamaq lazımdır ki, “İxvan”-Sələfi qarşıdurmasının nəticəsidir ki, Misirdə Mursi iqtidarl hərbçilər tərəfindən hakimiyyətdən salınarkən yerli sələfilər orduya dəstək verdiklərini gizlətmədilər.
Təkcə Misirdə deyil, son 2 ildə Liviya və Suriyada da bu iki ərəb ölkəsinin maraqları ciddi şəkildə kəsişməkdədir və onların dəstəklədikləri qüvvələr kəskin şəkildə fəqrli yönlərdə təmsil olunmaqdadırlar. Hətta bu iki ölkə Liviyada iki fəqrli höküməti də dəstəkəməkdə idilər.
Belə ki, Suriyadakı müxalifət içində parçalanmalar biri-biri ilə rəqabət içində olan bu iki ölkəni fərqli qruplaşmaları dəstəkləmələrinə yol açmaqdadır. Qətər əgər, yerli sünni-ərəb əşirətlərinə tardım və dəstək verirsə, Səudiyyə daha çox üçüncü ölkələrdən gələn və müxalifət tərəfində döyüşən qüvvələri dəstəkləyir. Hər iki ölkə Əsədin devrilməsində həmfikir olsalar da, müxalifət içində öz güclərini artırmaq niyyətindədirlər və post-Əsəd dövrünə öz maraqlarına uyğun alternativlərini formalaşdırmaq niyyətindədirlər. Bu zaman diqqət çəkən məqam odur ki, müxalifətin siyasi qanadında Səudiyyə Ərəbistanı, hərbi qanadında isə Qətər nüfuzludur.
İran sevdasının tərs üzü
Əslində bu rəqabətdə İran da önəmli ünvandır. Hələ iki il əvvəl Qətərli diplomatların Livanda “Hizbullah” rəhbərliyi ilə görüşmələri və ardınca da bu ölkənin Xarici İşlər Nazirinin Suriya problemində İranın rolunun “həyati əhəmiyyət” daşımasını açıqladığına diqqət çəkmək istərdim. Ümumiyyətlə bölgədə İranı ciddi təhdid olaraq görən Səudiyyədən fərqli olaraq, Qətər Şeyx Tamimin ifadəsi ilə desək, “bölgədə güclü bir İran istəməkdə” kimi görünür. Yəni burada biz daha loyal münasibətin şahidi olmaqdayıq.
Xüsusi vurğulamaq istərdik ki, Qətərin təcridi siyasətində önəmli məqam məhz İrana olan bu loyal münasibətdir. Trampın iqtidara gəlişi ilə İranla münasibətlərdə yaşanan gərginliklər fonunda, amerikalıların dövlət başçısının Yaxın Şərq səfəri zamanı bu ölkəyə münasibətlə bağlı Səudiyyə Ərəbistanı ilə aparılan məsləhətləşmələr, ABŞ-ın İrana münasibətində izləyəcəyi siyasətin konturlarını dəqiqləşdirməyə xidmət edirdi. Səudiyyə Ərəbistanı İranın təcridində önəmli mərkəz halını aldı. Yüz milyardlarla dollarlıq silah razılaşması, əslində bunun bir əlaməti idi.
Ərəb rəqabətində kilid isim: “İxvan”
Lakin Səudiyyə Ərəbistanı və təbii ki, oradakı hakim ideoloji axın “İxvan”a münasibətdə fərqli mövqedədir. Bu gün “İxvan” Səudiyyə Ərəbistanında rəsmən qadağan edilib. Bu isə ilk növbədə nəinki ərəb, hətta bütünlükdə İslam dünyası üçün öz modelini (vəhhabilik) qəbul etdirməyə çalışan Səudların, “İxvan”da özləri üçün təhlükə görmələri ilə bağlıdır. Rəsmi şəkildə isə, basilica bəhanə kimi Səudiyyə Ərərbistanının “qardaşlar”ı, Səddm Hüseynin 1990-cı ildəki Küveyt işğalına səssiz qalmasına görə bağışlamaması göstərilir. Qeyd edək ki, bu faktın özü digər ərəb ölkələrində fərqli olaraq kiçik, lakin son dərəcə zəngin olan Küveytin, “İxvan”la hər zaman məsafəli davranmasının basilica səbəbidir. 2002-ci ildə Səudların şahzadə ailəsinə mənsub olan daxili işlər naziri Nayifin “İxvan”la bağlı dedikləri, münasibətlərin nə dərəcədə pis olmasını göstərən ən bari nümunədir: “Heç bir tərəddüd etmədən onu söyləyə bilərəm ki, problemlərimizin tək səbəbi “Müsəlman qardaşlar”dır”. Hətta Suriya müxalifəti formalaşdırıldığı zaman belə, Səudiyyə Ərəbistanı “İxvan”ın orada yer almasına qarşı kəskin mövqe nümayiş etdirdi. Eyni mənfi münasibəti Birləşmiş Ərəb Əmirlikləri də sərgiləməkdədir. Bu isə “İxvan”ın dəfələrlə Əmirliklərdə bir İslam dövləti quracaqlarını bəyan etmələri ilə bağlıdır. Ərəb Əmirliklərində “İxvan” üzvü olmaq qeyri-rəsmi şəkildə qadağandır və hərəkatla əlaqədə şübhəli bilinən hər kəs dərhal həbs edilir. Qeyd edək ki, Misir inqilabından sonra BƏƏ 3 milyard dollar həcmində yardım edəcəyini bəyan etsə də, “İxvan”ın seçkilərlə hakiməyyətə gəlməsi nəticəsində bu pul ödənilmədi. Qeyd etmək lazımdır ki, “İxvan” nümayəndələri əllərinə düşən ilk fürsətdə həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirliklərini ittiham etməkdədirlər. Məsələn, 2012-ci ilin mart ayının 5-də “Əl Cəzirə”də yayınlanan proqramda “İxvan” vaizi və Qatar şöbəsinin rəhbəri Yusuf əl-Karadavi, suriyalı mühacirlərin BƏƏ-dən deportasiya edilməsi səbəbi ilə Allahın qəzəbinə gələcəklərini söyləyib.
İsrail faktoru
Qətərin keçmiş əmiri Hamad bin Xəlif əl Taninin dövründə əmirliyin beynəlxalq arenada aktiv şəkildə irəliləməsinin əsası qoyuldu. Bu siyasət hazırki dövlət başçısı Tamim ibn Hamad əl Taninin dövründə də davam etməkdədir. Yaxın Şərqdə, ümumiyyətlə qlobal informasiya məkanında ciddi nüfuza malik “əl-Cəzirə” media quruluşundan tutmuş, Qərbin iri şirkətlərində – “Barkayz”, “Sen-Jermen”, “Folksvagen” və s. – pay sahibliyinə qədər, iqtisadi ekspansiyanın şahidi olmaqdayıq.
Qətər həm də ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunun az qala bir simvoluna çevrilib. Və bütün bu sadalanan faktlara rəğmən indi, bu kiçik, lakin ciddi əhəmiyyətə malik ölkənin, sanki “burnunun ovulması” səhnələşdirilməkdədir.

