Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qətərdən Türkiyəyə 19 milyard dollarlıq sərmayə

05.03.2020 11:53

Qətər körfəz ölkələrinin tətbiq etdiyi embarqo dövründə, onu tək qoymayan Türkiyəyə 19 milyard dollarlıq investisiya qoyacaq.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Qətərin investisiya üçün prioritet sahələri, enerji, telekomunikasiya, turizm, qida, səhiyyə, sığorta, mühafizə, bank və gəmiqayırma sektorlarıdır.

Gələn il Qətərin Tükiyədəki investisiya miqdarının 20 milyard dolları keçəcəyi ehtimal olunur. Bununla da Türkiyə, Qətərin ən çox investisiya qoyduğu 5 ölkə sırasına daxil olacaq.

Yaxın Şərq İqtisadi platformasının sədri Erdin Özəl, İstanbulda dəyəri təxminən 1 milyard dollara yaxın olan iki otellə görüşüldüyünü bildirib:

“Ortaq olduqları telekomunikasiya şirkətinə, yenidən investisiya qoymağı planlaşdırılar. Şəhər xəstəxanalarının layihələri diqqət mərkəzindədir. Rolker gəmiləri istehsal edən şirkətlərlə görüşürlər. Lakin türk şirkətləri çox da aktiv deyil. Qətərli investorlar, Türkiyəni güvəniləcək liman olaraq görürlər. Türk şirkətləri investisiyanı almaq üçün aktiv olmalıdır. Referans gözləməklərinə ehtiyac yoxdur, türk olmaqları referansdır”.

Embarqodan sonra Qətər ən böyük sıxıntını, qida sektorunda yaşayıb. Bu səbədən Qətər, qida sektorunda Türkiyəni strateji tərəfdaş olaraq görür. Qətərin kənd təsərüfatı investisiya firması “Hassad Food”, 2018-ci ildə kənd təsərüfatı və heyvadarlıq sahəsində, 650 milyon dollarlıq sərmayə qoyacaq. Bunun üçün Türkiyə Kənd Təsərüfatı Nazirliyi ilə danışıqlar aparıblar.

Qətərdə Sənaye Zonası qurulması üçün işlər, bütün sürətilə davam edir. Zonanın qurulması üçün bütün işlər, Türkiyəyə həvalə ediləcək. Bunun üçün Türkiyə şirkətlərinə 2,5 milyard dollar dəyərində dəstək göstəriləcək.

Nərmin Kərim