Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qətərlə bağlı yaşanan gərginlik kitablardan da yan keçmədi

05.03.2020 11:53

Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi İslam alimi Yusuf Əl-Karadavinin kitablarının təcili şəkildə məktəblərdən yığışdırılması üçün təlimat verib.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, nazirliyin rəsmi internet səhifəsində yayımlanan Ahmed bin Muhamməd imzalı açıqlamada Səudiyyə Ərəbistanı və digər bəzi ərəb ölkələri tərəfindən terror siyahısına daxil edilən Dünya Alimlər Birliyinin başçısı Əl-Karadavinin bütün kitablarının təcili şəkildə məktəblərdən, universitetlərdən və kitabxanalardan yığışdırılmasına təlimat verib.Çap edilməsi də qadağan olundu…

Tədris mərkəzləri və kitabxanalarda terroru dəstəkləyən kitablar və ideologiyalardan təsirlənməmək üçün qərarın verildiyi açıqlamada, kitabların bundan sonra çap edilməsinin də qadağan edildiyi qeyd edilib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini ictimaiyyətə çatdırmışdılar. Daha sonra ölkələrinin hava sahəsini də Qətərə bağladan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərin diplomatlarına 48 saat, vətəndaşlarına isə 14 gün vaxt verərək, bu müddət ərzində ölkələrini tərk etmələrini istəmişdi.

Firuzə Alimova