Qətərli milyaderlər Türkiyə Super Liqasının 3 klubunu alır- Hədəfdə daha 4 nəhəng komanda var
05.03.2020 11:53Qətərli milyaderlərin Türkiyə super liqasından 4 klubu alması barədə xəbərlər yayılıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, əvvəlcə “Antalyaspor”, “Aytemiz Alanyaspor” və “Başakşehir” daha sonra başqa 4 böyük klublar qətərli milyaderlərə məxsus olacaq.
Bunun elə də asan olmadığını bilən xarici investorlar ilk mərhələdə Anadolu klublarına pul xərcləyib onları çempionluğa gətirib çıxaracaq. Bununla da hədəflədikləri 4 böyük klubun da diqqətini çəkmiş olacaqlar. Qətərli investorlar söz veriblər ki, heç bir məsrəfdən qaçmayacaqlar.
“İstər Messi istər Ronaldo, fərq etməz. Sizinlə razılıq əldə edək, dünya starlarını klubunuza gətirək”- deyə əcnəbi investorlar qeyd edib.
Nərmin Kərim, A24.Az

