Qətərli nazir ərəb ölkələrinə səsləndi: “Yeganə itirən biz olmayacağıq”
05.03.2020 11:53“Biz bir dollar itirsək, onlar da bir dollar itirəcək”.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, bu sözləri Qətərin maliyyə naziri Ali Şerif al-Emadi CNBC televiziya kanalına verdiyi açıqlamada bildirib.
Açıqlamasında maliyyə naziri 4 ərəb ölkəsinin etdiklərindən dolayı bölgədəki ticarətin və bu ölkələrin də zərər görəcəyinə diqqət çəkib:
Yeganə itirən biz olmayacağıq…
“Bir çox insan bu mövzuda yeganə itirəcək ölkənin bizim olacağını düşünür. Lakin biz bir dollar itirsək, onlar da bir dollar itirəcək”.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərin terror təşkilatlarını və İranı dəstəklədiyini əsas gətirərək onunla bütün diplomatik əlaqələri kəsib və sərhədlərini bağladıb. Daha sonra digər ərəb ölkələri də bu dördlüyə qatılıb.
Firuzə Alimova

