Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qeyrətli oğul”lar müğənniyə maşın alırsa, şəhid Cabbarın atasına kim sahib çıxmalıdır? – MÖVQE

05.03.2020 11:53

“Maşın” şounun sonlarına doğru həyacan artır.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, finala yaxınlaşan “Maşın” şounun iştirakçılarına tanınmış simalardan dəstək gəlir. Bunlardan biri də prodüser Tarix Əliyevdir (Tolik). O, şəxsi “İnstagram” səhifəsində Talıb Talehin fotosunu paylaşıb və bunları yazıb:

“Mən bundan əminəm ki, əgər Talıb Taleh maşından əlini çəksə,  maşın Talıba qismət olar. Amma olmasa belə, Azərbaycanda qeyrətli oğullarımız çoxdur. Onlardan biri Talıba maşın hədiyyə edəcək!!! Allah şan-şöhrət verəndə bilir kimə nə verir, kimdən nə alır”.

Paylaşılan bu yazıya tanınmışlar da qatılaraq Tolikin fikri ilə razılaşıblar.

Tolik bir məqamda haqlıdır ki, doğurdan da qeyrətli oğullarımız çoxdur. Amma həqiqətən də maşından daha vacib ehtiyacları olan kasıblarımız, şəhid ailələrimiz var. Bununla bağlı ayın 22-də şəhid düşmüş Zeynalov Cabbarın ailəsini misal çəkmək olar. Sosial şəbəkələrdə şəhidimizin atasının fotosu paylaşılıb. Atanın görünüşü hamını kövrəldib.

Buradan belə bir məsələ ortaya çıxır. Tanınmış bir insan ehtiyac içində yaşan, övladını yenicə şəhid verən bir ata üçün qeyrətli oğullarımızı dəstək olmağa çağırmır, amma müğənniyə maşın alınmasını üçün belə çıxışlar edir.

Minirə Qubatova // A24.Az