Qəzada həyatını itirən məşhurlar – Siyahı+fotolar
05.03.2020 11:53Ağır xəstəliklərdən sonra məşhurların dünyasını dəyişmə səbəblərindən biri də ağır yol qəzalarıdır. Bəziləri bu qəzalardan sağ qurtulsa da əksəriyyəti həyatını itirdi.
Об этом сообщает Руспрес
A24.az qəzada dünyasını dəyişən məşhurların siyahısını təqdim edir:
Reper Hüseyn Dərya – 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Gənc müğənni Amid Cəfərov – Yaşma yolu adlanan ərazidə baş verib. Qəza baş verən zaman 31 yaşlı sənətçi avtomobilində tək olub. O, Sumqayıtın ən tanınmış müğənnilərindən hesab edilirmiş. Mərhum ifaçının bir oğul övladı var.
Müğənni Şəfa Hüseynova – 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa “Geri dön” və “Sevgi qatarı” mahnıları ilə tanınıb.
Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova – qəza Nobel prospekti – Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi “BMW” markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.
Müğənni Rəcəb Musayev – “Yeni ulduz 2” müsabiqəsinin qalibi kimi tanınır. Mərhum müğənni 2011-ci il yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
“Neftçi”nin sabiq futbolçusu Jonas Pesalli – Onun idarə etdiyi “Audi” işıq dirəyinə çırpılıb. 26 yaşlı futbolçu hadisə yerində dünyasını dəyişib. Hadisə futbolçunun vətəni Braziliyada baş verib. Onun avtomobilində olan digər sərnişin isə ağır yaralanıb. İddialara görə, Pesalli dostu ilə ad günü tədbirindən gəlirmiş. Pesallinin ölümünü formasını geyindiyi “Parana” klubu da təsdiqləyib: “Təəssüf hissi ilə bildirməliyik ki, oyunçumuz Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib”.
Xalq artisti, sənət aləmində Teymur Əmi kimi tanınan Teymur Mustafayevin də oğlu faciəvi şəkildə həlak olub. Belə ki, 2007-ci il mayın 29-da saat 17.00 radələrində Bakıxan Mustafayevin idarə etdiyi “Vaz 21010” markalı avtomobili müəmmalı şəkildə yanıb. B.Mustafayev qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq ölüb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində baş verib. B.Mustafayev ailəli idi, iki övladı var.
Elvin Paşazadə

