“Qırmızı bayram”ın qaranlıq tərəfi – 1 May
05.03.2020 11:55Bu gün “1 May” dünya zəhmətkəşlərin beynəlxalq həmrəylik günüdür.
Об этом сообщает Руспрес
Hər il bu gün dünya səviyyəsində yüksək əhval-ruhiyə ilə qeyd olunan bu bayramı bütün ölkələr özünəməxsus formada keçirir.
Bəs “1 May” əməkçi bayramı haradan gəlir? Dövlətlər və millətlər bu bayramı necə anlayır, necə qeyd edir?
A24.Az bunu araşdırıb:
“1 May”ın bütpərəstliyə qədər gedib çıxdığı deyilir. Bayramın əmək günü adlandırılmasının səbəbi isə hələ 3000 il əvvələ dayanır. Qədim italiyalılar ilahə Mayaya (torpaq və bərəkət ilahəsi) sitayiş edirdi. Elə onun şərəfinə də yazın son ayını “may” adlandırıblar. Qədim italiyanlar mayın 1-ini bu münasibətlə şənliklərlə qeyd edib. Bu şənlikləri ona görə keçiriblər ki, Maya onların yaz boyu çəkdikləri əziyyəti qiymətləndirsin və torpaq tez oyansın.
İtaliyanların bu inancı necə olub ki, dünyada yayılıb, bu məlum deyil. Amma Avropada xristian kilsələri illərlə bütpərəsliyin qalığı hesab etdikləri bu bayramın qeyd olunmasına qarşı mübarizə aparıb. Nəticədə 18-ci əsrin sonlarında “1 May” bayramının keçirilməsi, demək olar ki, tamamilə qadağan olunub.
19-cu əsrdə yenidən dünya səviyyəsində yayılmağa başlayan “1 May” bayramı öz mahiyyətini bir qədər dəyişir
İlk dəfə Çikaqoda az miqdarda maaş müqabilində 15 saat işləyən fəhlələr tərəfindən 1886-cı ildə üsyan başlayır. Beləcə iş saatının 8 saata endirilməsi tələbi ilə bir fabrikdə başlayan üsyan geniş miqyas almağa başlayır. Nümayişlər 4 gün davam edir, fabriklər tətilə bağlanır. Çox sayda yaralı və ölüm hadisələri ilə nəticələnən üsyanda həbs olunan fəhlələrə ölüm hökmü verilir. Həmin fəhlələr üsyan başçıları olan Parsons, Şpis, Enqel, Fişer idi. Bundan iki il sonra 1 May tarixinin manifestasiyalarla Beynəlxalq zəhmətkeşlər bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilir.
“1 May” işçi bayramı dediyimiz zaman insanların ağlına ilk SSRİ və tərkibində olan 15 ölkənin zəhmətkeş insanları gəlir. Amma SSRİ-də bu bayram 1890-cı ildən qeyd olunmağa başlayıb. Polşada fəhlələrin 1 mayda baş verən çıxışı “Qırmızı bayram”ı Rusiyaya gətirir. Rus imperiyası isə bunu öz xeyirinə dəyişə bilir. Belə ki, SSRİ-də 1 May “Kommunistlər günü” kimi qeyd edilməyə başlayır. Şüarları isə, “Kapitalistlərə doloy!”.
Azərbaycanda da “1 May” 1920-ci ildən başlayaraq bayram günü kimi qeyd olunub. SSRİ tərkibində olan illərdə “1 May” bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə keçirilirdi və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanırdı. 1992-ci ildən isə bu bayram ləğv edilib. Beləcə “1 May” dünyanın bir çox ölkəsində hələ də qeyd olunsa da, bizim üçün nostalji olaraq qalır.
1990-cı ilə qədər “1 May” “Dünya zəhmətkeşlərinin beynəlxalq həmrəyliyi günü” kimi qeyd edilirdi. İndi isə “Beynəlxalq əmək günü” kimi qeyd olunur.
Amma başqa-başqa ölkələrdə “1 May” bayramı fərqli anlayışlar ifadə edir və fərqli formada qeyd olunur. Məsələn, İspaniyada mayın 1-i gül bayramı kimi qeyd olunur. Hər il bu gün sevgililər bir-birlərinə gül bağışlayır.
Almaniyada qədimdən may bayramı (Maifeiertag) şən əhval-ruhiyyə ilə keçirilir. Almanlara görə, bu bayram yazın gəlişinin, təbiətin oyanışının, yeni həyatın başlanğıcı hesab edilir. Hər il mayın 1-i Almaniyada hamı evinin içərisini və bayıran güllərlə bəzəyir. Yazın var-dövlət bərəkət gətirməsi üçün dualar edilir.
Yunanların isə 1 mayla bağlı özlərinə məxsus adətlər vardı. Hətta qədim yunanlar ilin bu günü müqəddəs şam ağacı Attisanın (Yer anası – Kibelanın əri) üzərinə yunla zolaqlar çəkərmiş. Bunun “Yer anası”nı yenidən dirildəcəyinə inanırdılar. Bu bayram çox sonralar Yunanıstanda “Xilariya”da adlandırılıb.
Qədim italiyanlar çiçək və yaz ilahəsi Floraya sitayiş edilirdi. Onun şərəfinə hər il mayın 1-də “Florialiya” adlı festival keçirilirdi. İlahənin bütünü güllərlə bəzəyib ətrafında rəqs edirdilər. Bu yollar ilahənin könlünü xoş etdiklərini və ilin uğurlu olacağı düşünülürdü. Bu gün italyan oğlanlar sevdikləri qıza “1 May” günü serenadalar oxuyur.
İngiltərədə bu festival orta əsrlərdə ortaya çıxıb. Mayın 1-də kənd təsərrüfatı ilə məşğul olan ingilislər gül dərmək üçün səhər tezdən durar, zəmilərin ortasında iri “May ağacı”ları qurardı. Kəndlilər tozağacından hazırlanan “May ağacı”nın ətrafında oxuyar, oynayardılar. Kəndin ən gözəl qızı isə “May kraliçası” seçilərdi. Bu gün isə, Londonda mayın 1-i uşaqlar qapı-qapı gəzib topladıqları gülləri satır, yığdıqları pulu xeyriyyə cəmiyyətlərinə bağışlayırlar.
Fransızlar üçün may “Müqəddəs Mariya”nın ayıdır. Hər il mayın 1-də onun şərəfinə təntənəli yürüş keçirilir. Festivalda əsas fiqur isə quyruğuna gül bağlanmış inək olur. fiqurdur. Yürüş iştirakçıları ona toxunmaq üçün bir-birləri ilə yarışırlar. Fransız xalqının inancına görə, inəyə toxuna bilsələr, bu, onlara uğur gətirəcək. Həmin günün səhəri də isti süd içmək xeyirə yozulur. Amma yeni dövrdə Fransada 1936-cı ildə əmək hüquqlarının təkmilləşdirilməsi, Marşal Peten hakimiyyətinin 1 May tarixini 1941-ci ildə əmək günü elan etməsi, 1947-ci ildə isə bayram statusu verməsi ilə nəticələnib.
Qeyd edək ki, istər Amerika, istərsə də Avropada 1 May bayramdan çox zəhmətkeşlərin həmrəyliyi, fəhlələrin keçirdiyi nümayişlərin zorakılıqla dağıdılması ilə tarixə düşüb. Ümumilikdə “1 May” fəhlə sinfinin burjuaziyaya qarşı birgə mübarizəsi günü hesab olunur.

