Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qısqanc ər arvadının qulaqlarını kəsdi

05.03.2020 11:55

Əfqanıstanın Bəlx əyalətində qısqanc ər 23 yaşlı həyat yoldaşının əl-ayağını bağlayıb və qulaqlarını kəsib.

Об этом сообщает Руспрес

A24.Az-ın “oxu.az”-a istinadən xəbərinə görə, Zarina adlı qadın hazırda xəstəxanadadır, onun vəziyyəti sabitdir.

“Mən heç bir günah iş tutmamışam. Bilmirəm ərim məni niyə bu hala salıb”, – qadın nəşrə açıqlamasında deyib.

Zarina 13 yaşında olarkən ailə həyatı qurduğunu və əri ilə münasibətlərinin heç də yaxşı olmadığını bildirib.

Qadın əlavə edib ki, daha əri ilə yaşamaq istəmir:

“O, hər şeydən şübhələnən adamdır. Valideynlərimi görməyə gedəndə məni başqa kişilərlə söhbət etməkdə günahlandırırdı”.

Polisdən bildiriblər ki, qadının əri hadisəni törətdikdən sonra evdən qaçıb. Faktla bağlı araşdırma aparılır.