Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qiyməti bahalaşan Ai-92-ni Gürcüstan 86, Belarus 59 qəpiyə satır

05.03.2020 11:55

Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarı ilə “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsinə çatdırılıb.

Об этом сообщает Руспрес

Bildirilir ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.

Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Hər zaman olduğu kimi yenə də insanların qiymət artımına reaksiyası mənfidir. Onlar Azərbaycanın  istehsalçı ölkə ola-ola qiyməti qaldırmasına etiraz edirlər. Etiraz olaraq piyada gedib-gəlməyi düşünən insanları,  neft qiymətinin artımına nə ilə əsas gətiriləcəyi maraqlandırır.

Azərbaycan Diplomatik Akademiyasının professoru Elnur Soltanov A24.Az-a müsahibəsində bildirib ki, hər şirkətin öhdəlikləri, aktivləri və passivləri var. SOCAR borc alanda əlində olan aktivləri dünya qiymətlərinə hesablanır.

“Daxili və ya xarici bazarda dünya neftinin qiyməti ortalama olaraq aşağıdırsa, siz bundan daha çox xeyir əldə etməyə çalışarsınız. Çünki dünyada dollarla borclarınız var. Buna görə qiymətləri dünya bazarına yaxınlaşdırmağa çalışırsınız. Düşünürəm ki, arqument olaraq hər halda  bunu deyəcəklər”.

Azərbaycanda benzin qiymətlərinin digər ölkələrlə müqayisəsinə gəlincə, ekspert bildirir ki, Amerika dünyada ən ucuz yerlərdəndir. Bizdə neftin bir litri 50 sentə gəlib çıxır. Bu Amerikada da belədir.

“Ola bilər ki, Venesuela bir sentdir. Amma ölkənin başına gələnləri görürük. Subsidiyalar ölkəni məhv edir. İranda da benzinin qiyməti ucuzdur amma subsidiyalar bu ölkənin də evini yıxır. Norveç neft içində üzür,ən böyük neft-qaz ixracatçılarındandır. Amma bu ölkədə benzin bahadır. Bu qənaət üçündür,  insanlar israf etməsinlər, avtomobillərinin ölçüsünü kiçiltsinlər deyə tətbiq edilir. Nəticədə hamı qazansın. Türkiyədə benzinin qiymətləri həddindən artıq bahadır. Dünya ölkələri üzrə benzinin ən baha olduğu ölkələr siyahısında Türkiyə beşkildə olmalıdır. Onlar neftin öz məhsulları olmadığını əsas gətirirlər. Deyirlər ki, neft öz məhsulumuz deyil,  ucuzlaşdırmaqla valyuta itirmiş oluruq.Ona görə də, Türkiyədə insanlar israfa yol verməsinlər deyə avtomobil matorlarının həcmi olduqca balacadır. Bu həm dövlət həm də insanlar üçün sərfəlidir”.

Söhbət digər ölkələrdən düşmüşkən Elnur Soltanov Azərbaycan  qazının Gürcüstana nisbətən ucuz ixrac olunması məsələsinə də toxunub. Ekspert deyir ki, Azərbaycan buna məcburdur.

“Bəzən dövlət kar əldə etməkdən çox siyasi strategiyaları daha üstün tutur . Biz ona görə, Gürcüstana qazı daha uyğun qiymətlərə satırıq ki, əgər bunu etməsək İran Ermənistan üzərindən boru xətti çəkəcək və Gürcüstana da öz məhsulunu satacaq. Və bu Ermənistanın güclənməsi deməkdir. Biz məcburuq, hətta müəyyən zərbələrə məruz qalmağımız bahasına olsa belə”.

Elnur Soltanov vurğulayıb ki, Azərbaycanda neftin qiymətinin bahalaşması müəyyən mənada pis qərar deyil. İnsanlar hər zaman olduğu kimi buna mexaniki reaksiya verməməlidir.

“Mən insanları anlayıram. Onlar reaksiyalarında tamamilə haqlıdırlar. Mən heç kimin  tərəfindən danışmıram. Mənə xoş olardı ki, cəmiyyətimizdə debat fərqli şəkildə aparılsın. Onlar desinlər ki, biz anladıq, qiymətləri qaldırmağa məcbursunuz. Bəs, əldə etdiyiniz gəlir bizə hansı formada geri qaytarılacaq, bizə hansı formada xərclənəcək? Pensiyalarımıza, aztəminatlı ailələrin həyat şəraitinin qaldırılmasına bir təsiri olacaqmı? Məncə bunun üzərində fikir cəmləməliyik”.

 Nərmin Kərim