Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qızıldan bahalı olan qoxu…

05.03.2020 11:55

Bir zamanlar Honkonq “gözəl ətirlər limanı” kimi tanınırdı.

Об этом сообщает Руспрес

Saytımız BBC-yə istinadən bildirir ki, buna səbəb, ətir və büxur hazırlanmasında istifadə olunan və gözəl qoxuya malik öd ağacı ticarəti idi.

Çinin cənubunda danışılan Kanton ləhcəsində Honkonq, “Ətirli Liman” mənasını verir. Səbəb isə, hazırda dünyanın mühüm bir iqtisadi mərkəzi olan bu köhnə liman şəhərinin, müstəmləkə dövründə Orta Şərq və daha uzaq bölgələrə büxur ticarətində oynadığı roldan qaynaqlanır.

Öd ağacından qədimdə ağrıkəsici xüsusiyyətinə görə dərman kimi qəbul edilirmiş. İndi isə dərmandan daha çox büxur kimi istifadə olunur.

Öd ağacı, Aquilaria ağaclarının aşınaraq kiflənməsi nəticəsində bu xüsusi qoxunu əmələ gətirir. Büxur üçün ağacın kifdən rəngi tündləşən, qatranlı və qoxulu hissələri seçilir.

Büxurun şahı olaraq bilinən öd ağacı, Orta Şərq və Asiyada geniş istifadə olunur. Buddizm, Taoizm, İslam və Xristianlıq dinlərində məqbul sayılır.

Öd ağacının kilosu 2014-cü ilin hesablamalarına əsasən, 7500 dollardan bahadır. Heykəl hazırlamaq məqsədilə kəsilən kötüklərin qiyməti isə 150 min dolları keçir.

Öd ağacının qatranından öd yağı əldə etmək olur. Bu yağ, dəbdəbəli parfüm istehsalında mühüm bir məmulatdır. Öd yağının kilosu 39 min dollardır.

Bu səbəblə yağa “maye qızıl” deyilir. “Armani Prive Pud Royal” və “Yves Saint Laurent M7 Oud Absolu”n hazırlanmasında öd yağında istifadə edilir.

Fəqət, öd ağacına yüksək tələb onu nəsli bitmək təhlükəsi ilə üz-üzə qoyub. Honkonq və Asiyada planlı yetişdirmə ilə bu ağaclar qorunur.

Honkonq hökuməti 2009-cu ildən bu yana 10 min şitil əkildiyini bildirir. Lakin, yabanı nümunə sayının azaldığını da qeyd edirlər.

Ağacın böyüməsi üçün uzun illər lazım olduğuna görə, yalnız əkməklə ağacın gələcəyini zəmanət altına almaq mümkün deyil.

Mütəxəssislər Honkonqda 30 yaşdan yaşlı öd ağacı tapmağın çətinləşdiyini deyirlər.

Honkonqda həmçinin, 6000 ağacın yerləşdiyi öd ağacı meşəliyi var. Meşəliyin ətrafındakı təbii parkları öd ağacının ətri bürüyüb.

Qatran oğurlamaq istəyən oğrular, ağacların qabıqlarını soyurlar. Halbuki, təbii şəraitdə ağacların sadəcə 7%-i qatran istehsal edir. Buna görə tutulanları isə 10 ilə qədər həbs cəzası gözləyir.

Buna qarşı hökumətin kameralar ilə gözətləmə və yeni ağac əkmə planları ilə yanaşı, bölgə əhalisini ağac əkmək və öd yağının yerli istehsalına təşviqi bildirir.