Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qızına 400 min dollarlıq toy edən Lift İdarəsinin müdiri işdən çıxarılmasıyla bağlı açıqlama verdi

05.03.2020 11:55

Azərbaycanda qızına 400 min dollarlıq toy məclisi keçirən  Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun işdən çıxarıldığı iddia edilir.

Об этом сообщает Футляр от виолончели

A24.Az məsələni aydınlaşdırmaq üçün Qüdrət Şükürovun özü ilə əlaqə saxlayıb.

Bakı Lift İdarəsinin baş direktoru A24.Az-a açıqlamasında bildirdi ki, mətbuatda bu haqda yazılanların hamısı əsassızdır:

“Xeyr, nə danışırsınız hazırda işimin başında, idarədəyəm. Mətbuatda işdən çıxarılmağımla bağlı yazılanların heç biri doğru deyil”.

“Bilirsiniz necədir, qızımın əvvəl ailəli olduğu həmin pozğun (ifadəmə görə üzr istəyirəm, leksikomum da belə sözlər yoxdu. Sadəcə adam əsəbdən məcbur olub deyir) ailə ağızlarına gələni danışırlar. İşdəyəm, dediyim ki, hazırda da obyektdəyəm”, – deyə Q.Şükürov əlavə edib.

Qeyd edək ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun adı ötən gün mətbuatda dərc olunan “Azərbaycanlı məmur qızına 400 minlik toyu keçirdi” yazısında hallanıb. Belə ki, yayılan məlumatlara görə Azərbaycanda baş tutan dəbdəli toy məclisini Bakı Lift İdarəsinin baş direktoru  Qüdrət Şükürov qızına edib. Məmur qızı Aysellə Oktayın toy məclisi üçün 400 min dollar xərcləndiyi bildirilir. Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtaların istifadə edildiyi video çəkiliş isə görənləri heyran edir.

Orxan