Qızının ölmüş bədənini çamadana qoyub dənizə atdı
05.03.2020 11:56Sürətlə arıqlama xəstəliyinə tutulan və çəkisi 35 kiloya qədər düşən 27 yaşlı maniken Katerinanın anası onu ölümə məhkum edib.
Об этом сообщает Руспрес
“A24.Az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, anoreksiya xəstəliyindən dolayı çəkisi 35 kiloqrama qədər düşən rus model Katerina Laktionovanın cansız bədəni İtaliyanın Rimini şəhərində çamadanın içərisində aşkar edilib. Adriatik dənizdən tapılan çamadanın gənc qızın anası tərəfindən dənizə atıldığı bildirilib. Adı açıqlanmayan qadının qızının ölümündən dolayı şoka düşdüyü və bu səbəblə də ağlını itirdiyi deyilir.
Qızının meyitini dənizə atdıqdan sonra 48 yaşlı qadının Rusiyaya getdiyini açıqlayan Rimini Polis Təşkilatı “Katerina anoreksiya xəstəliyindən dolayı dünyasını dəyişib. Anası bir həftə qızının cansız bədəninə baxıb, daha sonra da ağlını itirərək cəsədi dənizə atıb” açıqlamasını verib.
Rus qadının İtaliyaya geri qayıdıb, səlahiyyətli şəxslərə hadisə ilə bağlı ifadə verib-verməyəcəyi isə hələ məlum deyil.

