Qızlar paltarları uyğun olmadığına görə təyyarəyə buraxılmadılar
05.03.2020 11:56Denver-Minneapolis uçuşundan əvvəl iki qadın sərnişin təyyarəyə buraxılmayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az Hurriyet-ə istinadən xəbər verir ki, Shannon Watts adlı Twitter istifadəçisi “United Airlines” adlı Amerika Hava Yollarına məxsus şirkət haqqında şikayət edib.
10 yaşında olan 2 qız əllərində bilet olmağına baxmayaraq ucuşdan kənarlaşdırılıb. Səbəb kimi də geydikləri taytın uçuş üçün uyğun olmadığı göstərilib.
Sosial mediada yayılan məlumatlara şirkət açıqlama verməli olub. Amerika Hava Yolları şirkəti qızların paltarının əllərindəki bilet sinfinin “uçuş geyimi qaydalarına” uyğun gəlmədiyini açıqlayaraq qərarı müdafiə edib. Şirkət “United Pass” biletlərinin şirkət əməkdaşlarına və ya onların “uyğun olan yaxınlarına” verildiyini bildirib.

