Qızların sevimlisi sonunda nişanlandı
05.03.2020 11:56Məşhur kino ulduzu Burak Özçivit uzun müddətdir bir yerdə olduğu Fahriye Evcenlə Almaniyada nişanlanıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, qız istəmə mərasimi dünən Almaniyanın Solingen şəhərində baş tutub. Burak gələcək həyat yoldaşını ailəsindən istəyib.
Fahriye Evcen və Burak Özçivit Almaniyaya getmək üçün rol aldıqları “Ölene Kadar ” və “Kara Sevda” seriallarının rejissorlarından icazə alıb. Nişanlanmağı hələlik gizli saxlamaq istəyən cütlük serial qrupuna heç bir açıqlama verməyib, “şəxsi məsələ” adı ilə icazə istəyib.
Cütlük seriallar yay tətilinə çıxanda – iyun ayında evlənməyi planlaşdırır.
Qeyd edək ki, Burak dekabr ayında ad gününü qeyd etdiyi məkanda Fahriyenin qarşısında diz çökərək evlənmə təklif etmişdi.

