Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qocalar evi”ndə müayinə aksiyası keçirilib

05.03.2020 11:56

“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyi Dövlət Sosial Müdafiə Fondu ilə birgə “Qocalar evi ”ndə müayinə aksiyası keçirib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, 19 fevral 2017-ci ildə “Sağlamlıq Naminə Təbiblər” ictimai birliyi (SNT İB) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM)yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda müayinə aksiyası keçirib. “Qocalar evi ” kimi tanınan bu məkanda keçirilən aksiyada 17 ixtisas üzrə (oftalmoloq, kardioloq, otoloringoloq, cərrah, terapevt, nevropatoloq, stomotoloq, uroloq, travmatoloq, psixiatr, qastroenteroloq, onkoloq) 25 nəfər həkim iştirak edib.

Ümumiyyətlə, aksiya çərçivəsində 160 nəfər pansionat sakininə tibbi xidmət göstərilib. Müraciətlər daha çox oftalmoloq, kardioloq, nevropatoloq, terapevt və radioloqa (USM) olub. Müayinələrdən sonra xəstələrə məsləhətlər verilib, müalicələr yazılıb.

Aksiyanın sonunda pansionatın öz fəaliyyət ansamblı tərəfindən konsert təşkil olunub, qocalarla birgə rəqs edilib.

Müayinə aksiyasında iştirak edən DSMF-nin sosial xidmətlər və proqramlar şöbəsinin sosial xidmətlər sektorunun məsləhətçisi Rövzə Behbudlu belə tədbirlərin keçirilməsinin mahiyyətini yüksək qiymətləndirərək fikrini belə ifadə edib: “Bu xeyirxahlığa görə, təşkilatçılara, həkimlərə təşəkkür edirəm. Doğurdan da buradakı mənzərə məni çox duyğulandırdı”.

Qeyd edək ki, həkimlər olaraq bu müayinə aksiyalarını keçirməkdə məqsəd pansionatdakı insanlara həm vətəndaş borcunu yerinə yetirərək mənəvi dəstək olmaq, həm də həkimlər arasında koordinasiyanı gücləndirərək səhiyyə sahəsində dövlətimizə dəstək olmaqdır.