“Qonaq kənarda qalır, ancaq özü danışır, danışmaq istəyənin də…” – Eldost Bayramla MÜSAHİBƏ
05.03.2020 11:56Azərbaycan Dövlət Radiosunun ali dərəcəli diktoru, “Tərəqqi” medalına layiq görülmüş Xalq artisti, əvəzolunmaz səs sahibi Eldost Bayram A24.az-ın qonağı olub.
Об этом сообщает Футляр от виолончели
Məşhur diktor bu sahədəki fəaliyyətindən, xatirələrindən, aparıcılığın çətiliklərindən, məsuliyyətindən, yaxşı diktor olmağın sirlərindən danışıb, radio-televiziya aparıcılarının hazırkı səviyyəsini qiymətləndirib.
Eldost müəllim, radio və televiziyanın dilini necə qiymətləndirirsiniz?
– Azərbaycan radiosu və televiziyasında əvvəllər necə danışılırdısa, inid də elə davam edilir. Amma özəl televiziya və radiolarda çox faizi qaneedici deyil, Azərbaycan dilinin başına oyunlar gətirirlər. Bunu daha çox Televiziyada hiss edirəm. Musiqi muğamla əlaqədar olanları dinləyirəm, xarici musiqiləri sevmirəm.
Xoşunuza gəlməyən aparıcı və ya diktorlar kimlərdir?
– Müsahibi çağırır verilişə, müsahib, mütəxəssis qalır bir tərəfdə, aparıcı onun yerinə də danışır. Cavab vermək istəyəndə də tez-tez sözünü kəsir. Bu, xoşagəlməz haldır. Həmçinin, əksəriyyətinin Azərbaycan dilinindən xəbəri yoxdur, xarici sözlərdən çox istifadə edirlər. Doğurdanmı onlara deyilmir belə nəzarət edin, belə sözlər istifadə eləməyin. Doğurdanmı onlara deyilir, onlar əməl etmir?! Bizim dövrümüzdə vergülü, nöqtəni səhv etdinsə cəzalar tətbiq olunurdu. Hazırda necə musiqi desəniz səslənir, efirə dəvət alan həm yazır, həm oxuyur, həm də bəstəkardır.
Televiziyada aparıcı kimi işləmək istəmisiniz?
– O dövrdə rus dili problemim olduğu üçün edə bilmədim, indi də özüm istəmirəm. Televiziya bir az etibarsızdır. Estetik zövqü tamaşaçı səndən ala bilmirsə, səsin nə qədər gözəl olsa da, tamamlanmır.
Azərbaycanda diktorluq məktəbi ölüb?
– Yox, sadəcə hazırda nəzarət yoxdur, bizi çox çətin şərtlərlə seçirdilər. Hər şeyi nəzərə alırdılar. Səsin tembri, diksiyası, görünüşü, tərbiyəsini və s. Hazırda necə seçdiklərini isə deyə bilmərəm.
Aparıcıları, diktorların toylarda aparıcılıq etməsini necə dəyərləndirirsiniz?
– Bizim yaralı yerimizdir bu məsələ. Hər bir insan istəyir ki, maddi cəhətdən yaxşı yaşasın. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa məclis apararam. 80-ci illərdə dedilər ki, get balalarını dolandır, tamadalıq et, özümə yaraşdırmadım. 10 il sonra gəlib qolumdan tutub zorla apardılar. Bu, həm dolanmağa kömək edirdi, həm də radio diktoru olduğumdan az adam tanıyırdı. Tanınandan sonra isə çəkindim.
Səsinizə xüsusi qulluq edirsiniz?
– Normal insanlar kimi yaşayıram, bəzi insanlar kimi soyuducudan soyuq suyu götürüb içmirəm, diqqət edirəm səsimə. 45 ildir işləyirəm, hələ də məndə ləhcə tuta bilən olmayıb. Təbii ki, mənim də ləhcəm var. Ancaq qarşıma məqsəd qoymuşam, çünki diktor nümunədir.
Televiziyaya maraq niyə azalıb?
– Hazırda sosial media o qədər inkişaf edib ki, televiziyaya maraq azalıb.
Sosial mediada aktivsiniz. Sizcə, sosial mediadan istifadə vacibdir?
– Əlbəttə, vacibdir. Sosial media istifadə etdikdən sonra mən bildim ki, kiməm. Və çox təşəkkür edirəm dinləyicilərimə, onların hörmətini bunun vasitəsilə hiss etdim, gördüm…
A24.az sözügedən video müsahibəni təqdim edir:

