Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qoşulub qaçan qızların oxuduğu universitetdən AÇIQLAMA – Dosent: “Hər ikisi də ziyalı ailələrin uşaqlarıdır”

05.03.2020 11:56

Gəncə Dövlət Universitetinin riyaziyyat fakulətsinin dosent müəllimi Asif Cavadov açıqlamasında universitetin iki qız tələbəsinin bir-birinə qoşulub qaçması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Об этом сообщает Роспрес

A24.Az “sonxeber.az”a istinadla xəbər verir ki, Asif Cavadov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Elə şey yoxdur. Sadəcə qızın biri acıq edərək rəfiqəsigilə evdən gedib. Onlardan biri ikinci digəri dördüncü kursda təhsil alır. Bunlar boş söhbətlərdi. Bu xəbərləri kim çıxardır axı?!”

Universitet rəsmisinin sözlərinə görə, qızlar GDU-nun əsas binasında təhsil alırlar. Hər ikisi də ziyalı ailələrin uşaqlarıdır. Hər ikisi tərbiyəli qızlardır, dərslərində özlərini yüksək səviyyədə göstəriblər. Kimsə hadisəni bədii formada bəzəyib asanlıqla yayıb. Belələri vicdan əzabı çəkmir? Hazırda onlar hər ikisi də evlərindədi. Dördüncü kursların dərsi bitib. Hazırda semestr imtahanıdır”.

Qeyd edək ki, Gəncə şəhərində iki qızın bir-birinə qoşulub qaçması ilə bağlı mətbuatda məlumat yayılıb. Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçıb.

Bildirilir ki, hər iki tələbə ali məktəbin yuxarı kurs tələbələridir və xarici dil fakültəsində təhsil alırmışlar. Yaxınlar əvvəlcə qızların oğlan tərəfindən qaçırıldığını zənn etsələr də, sonradan məsələnin heç də belə olmadığı üzə çıxıb.