Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qoyun otararkən mahnı oxudu, fenomen oldu – Qəbul imtahansız kollecə götürüləcək -VİDEO

05.03.2020 11:56

Qoyun otararkən mahnı oxuyan çobanın sosial şəbəkələrdən başlayan şöhrət yolu Milli Kanservatoriyadan keçdi.

Об этом сообщает Роспрес

A24.Az “XezerXeber.az-a istinadən xəbər verir ki, Neftçalanın Qaçaqkənd kənd sakini olan Pərvin Səfərovun səs tembrini yoxlamaq üçün daha bir ifa tələb edildi. Onun səsininin məlahətindən danışan sənətkarlar çatışmazlıqlarını da açıqladılar.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülən Pərvin Səfərovun ən böyük arzusu musiqi təhsili almaqdır. Sənətkarlar qarşısında çıxış etdiyinə isə hələ də inana bilmir.

Qərara gəlinib ki, Pərvin Səfərov, Milli Kanservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.
Milli Kanservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Kanservatoriyada da təhsil alması üçün imkan yaradılacaq.