Qripi bıçaq kimi “kəsən” 3 möcüzəvi qarışım
05.03.2020 11:56Soyuq havalar qapımızdadır. Qeyri-sabit keçən havalar bir çox insanın immunitet sistemini çökdürdü. Hər evdən qrip siqnalları gəlir.
Об этом сообщает Руспрес
A24.az sağlamlığınıza və qripə yaxş ıtəsir edəcək qarışımlar barədə faydalı məsləhətlər təqdim edir.
Əvvəlcədən qeyd edək ki, bu qarışımlar sayəsində siz xəstəliyi bir gündə yenəcəksiniz.
Limonlu qarışım
1 ədəd limon
1 ədəd portağal
1 ədəd xiyar
Təzə nanə
1 litr su
Bu qarışımı hazırlamaq üçün dolçaya 1 litr su tökün, içinə ərzaqları doğrayaraq bir gecə soyuducuda saxlayın və gün ərzində qəbul edin.
Qrip qarışımı
1 ədəd portağal
1 ədəd limon
1ədəd zəncəfil
1 ədəd darçın qabığı
1 ədəd alma
1 litr su
Nanə
Qrip qarışımını hazırlamaq üçün ləvazimatları əvvəlcə qaynadın sonra soyumağa qoyun. Soyuduqdan sonra gün ərzində fasilələrlə qəbul edin.
Zəncəfilli qarışımı
Bir kiçik zəncəfil
1.5 portağal
1.5 kivi
1.5 naringi
1.5 xörək qaşığı limon suyu
1 dəstə cəfəri
Zəncəfilli qarışımı hazırlamaq üçün ləvazimatları blenderdən keçirib yeməkdən əvvəl içə bilərsiniz.

