Qrizmann “Qarabağ”la oyundan danışdı: “Rəqib güclü idi”
05.03.2020 11:56Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” matçı 0:0 hesabı ilə başa çatıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, qolsuz başa çatan qarşılaşmadan sonra ispanların ulduz futbolçusu Antuan Qrizmann oyunla bağlı fikirlərini bölüşüb.
“”Qarabağ”la oyunda 3 xal qazanacağımıza əmin deyildik. Çünki bilirdik ki, bizi çətin oyun gözləyir. Rəqib güclü idi. Deməli, qələbə qazanmaq üçün daha çox çalışmaq lazımdır. Qol vurmaq üçün əlimizə düşən imkanlardan yararlana bilmirik. Mərhələ adlamaq üçün isə qarşıda daha 3 oyunumuz var. Sonadək mübarizə aparacağıq”, deyə fransız forvard bildirib.
yenicag.az

