Qubada maşın oğrusu tutuldu
05.03.2020 11:57Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 30-da rayon sakini Malik Saruxanovun “VAZ-2105” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Quba rayon sakini Seyfulla Ağasiyev tutulub.
Об этом сообщает Роспрес

