Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qubada meşədə itən uşağın tapılma anı – VİDEO

05.03.2020 11:57

Quba rayonunun Əski İqrığ kəndi ərazisində meşədə itən uşağın tapılmasının təfərrüatı məlum olub.

Об этом сообщает Роспрес

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mİrzəyev “Report”-a bildirib ki, uşaq huşsuz halda və yerə yıxılmış vəziyyətdə aşkarlanıb.

Onun sözlərinə görə, avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən Şimal Regional Mərkəzinə Quba rayonunun Əski İqrığ kəndi ərazisində Əliyev Natiq Namiq oğlunun timəsi ilə bağlı məlumat daxil olub:

“Dərhal FHN-nin Şimal Regional Mərkəzinin Mülkü Müdafiə Qoşunlarının N saylı Hərbi Hissəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və Daxili İşlər Nazirliyinin (DİN) polis və Daxili Qoşunların əməkdaşları axtarış-xilasetmə işlərinə cəl edilib. İki gün aparılan axtarış-xilasetmə işləri heç bir nəticə vermədi. 30 avqust tarixində FHN-nin Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində azyaşlı uşaq rayonun Əski İqrığ kəndini ərazisindəki meşə massivinin 6 kilometr dərinliyində dağlıq meşə massivi ərazisində tapılıb. Uşaq huşsuz halda və yerə uzanmış vəziyyətdə aşkarlanıb. Əməkdaşlarımız tərəfindən uşağa ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib”.