Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qubada “Təhsil cəmiyyət həyatında prioritet sahədir” layihəsi davam edir

05.03.2020 11:57

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Quba rayonunda “Təhsil cəmiyyət həyatında prioritet sahədir” lahiyəsi ilə əlaqədar olaraq 2 günlük (09-10 iyun 2017-ci il) təlim keçirilib

Об этом сообщает Роспрес

Layihənin məqsədi təhsilin şagird və tələbələr arasında təbliğinin vacibliyi, onun cəmiyyətdəki aparıcı rolunu vurğulamaq və gənclərin  müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən ibarət olub.
Təşkil olunan 2 günlük təlim müddətində iştirakçılara buklet, flayer, təqvim paylanılıb. Təlimlərdə iştirakçılara təhsildə keyfiyyəti artırmaq, davamiyyəti tələb olunan normalara uyğunlaşdırmaq, həyata keçirilən islahat proqramlarının həllini tapmasına dəstək olmaq, hər bir şagird və tələbələrin yüksək keyfiyyətli təhsil almasına çalışmaq və. s kimi məsələlərlə bağlı səciyyəvi məlumatlar  və  bilgi verilib.
Giriş sözünü layihə koordinatoru Günel Balakişiyeva və təlimçi Nailə İsmayılova açıb. Təlimlər Quba rayonu 1 və 4 saylı tam orta məktəbin müəllim və şagird heyəti arasında təşkil olunan müzakirələrdə təşkil olunub. Təlim mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Məlum olduğu kimi, təhsil cəmiyyətin həyatında prioritet sahə olmaqla, insanın inkişafında və formalaşmasında mühüm rol oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün lazımdı. Elə bu göstəricini üstn tutaraq, “Təhsil cəmiyyət həyatında prioritet sahədir” layihəsi öz işini davam etdirir.
Qeyd edək ki, layihənin müddəti 3 ay (15.04.2017 – 15.07.2017) təşkil edir.