Qubernator əmr verdi: “Allahu-Əkbər” deyən hər kəs vurulacaq
05.03.2020 11:57İtaliyanın turistik bölgələrindən biri olan Venesiya şəhərinin qubernatoru Luigi Brugnaro terrorla mübarizə aparmaq üçün yeni tədbirlərin alındığını deyib.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Rimini şəhərində keçirilən bir konfransda çıxış edən Brugnaro “Allahu-Əkbər” deyərək qışqıran insanların vurulması əmrini verib.
Snayper nişançıları tərəfindən atəş açılacaq…
“The Times”in verdiyi xəbərə görə, Venesiya qubernatoru “San Marko meydanında “Allahu-Əkbər” deyərək qışqıran şəxs snayper nişançıları tərəfindən vurulacağını bilsin. 1 il bundan əvvəl olsaydı, 4 xəbərdarlıqdan sonra vurulacaqlar deyərdim, amma indi 3 xəbərdarlıqdan sonra nişan alınaraq vurulacaqlar deyirəm” deyə bildirib.
“Allahın yanına getmək istəyənləri Allaha göndərəcəyik…”
Bundan başqa italiyalı qubernator “Allahın yanına getmək istədiklərini söyləyirlər. Ona görə də onları körpüdən atmaqdan birbaşa Allahın yanına göndərəcəyik. Onları vuracağıq”, deyə çıxış edib.
Firuzə Alimova / A24.az

