Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qüds zirvəsində çağrılmamış qonaq: Venesuela ərəblərdən yardım gözləyir?

05.03.2020 11:57

Dünən İstanbulda təşkil edilən və tarixi qərarın verildiyi Qüds zirvəsinə surpriz qonaqlar da qatılmışdı.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, onlardan biri də Venesuela prezidenti  Nikolas Madura idi.

Maduro əslində başqa bir görüş üçün İstanbulda imiş. Toplantı təşkilatçıları Venesuela liderinin İstanbulda olmasından istifadə ediblər.

Hər nə qədər tədbirə dəvət almış olsa da, Maduranın bunu qəbul etməsi hər kəsi təəccübləndirib. Çünki  iştirak etməsi gərəkənlərin olmadığı tədbirdə, zirvəyə heç bir aidiyyatı olmayan liderin iştirakı marağa səbəb olub.

İddialara görə, Venesuela lideri toplantıya ərəb ölkələrindən imdad diləmək üçün qatılıb. Madura düşünüb ki, bu jesti ilə neft gəlirləri içində boğulan ərəb ölkələrindən dollarlar qopara bilər. Başqa bir iddia isə Trampla baş-başa gələn Maduranın ABŞ liderinin “acığına” toplantıya dəvət olunması yönündədir. Bunu kim düşünübsə, “Düşmənimin düşməni, mənim dostumdur” prinsipini əldə rəhbər tutmuş olsa gərək… Hər halda, ideya müəllifi kimi Ərdoğan “şübhəlilər” siyahısında ilk sıradadır.

Nərmin Kərim, A24.Az