Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qulağınız cingildəyir? – Bu araşdırmanı mütləq oxuyun

05.03.2020 11:57

Tinnitus – el arasında qulaq cingiltisi adı ilə tanınan bu problem bəzən hədsiz narahatlığa səbəb ola bilir. Bəs, hələ də müalicəsi olmayan bu problem nədən qaynaqlanır? Bu problemi aradan qaldırmaq üçün nə etmək olar?

Об этом сообщает Руспрес

A24.Az-ın araşdırmasına görə, qulaq cingiltisinin qulağa heç bir zərərli təsiri yoxdur. Adətən iki qulaqda da baş verən bu səs kənardan gəlmədiyi kimi daxili orqanlardan da qaynaqlanmır. Amma bu cingilti fərqli səbəblərlə meydana çıxa bilir.

Uzun müddət yüksək səs templi mühitdə qalmaq qulaq cingiltisinə yol açdığı kimi, bəzi dərmanlar, antibiotiklər, xərçəng xəstəliyi zamanı istifadə edilən dərmanlar və sidikqovucu dərmanlar eşitmə problemi yarada bilir. Bu zaman qulaq cingiltisi meydana çıxır.

Qulaqdan gələn səslər əsasən, cingilti, tısıltı, uğultu və tıkırtı kimi səslər olur. Bu problem yuxu pozulmasına və əsəbə birbaşa təsir edir. Həkimlər bildirir ki, uzun müddət qulaq cingiltisindən əziyyət çəkən şəxslər mütləq MRT-dən keçməlidir. Çünki bu hal hər hansı bir problemin xəbərçisi də ola bilər.